Futbol üzrə Azərbaycan II Liqasında XV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Kür-Araz" öz meydanında "Göygöl"ü qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 22-yə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 25 xalı olan "Göygöl" isə 6-cı yerdədir.
"Kür-Araz" - "Göygöl" 5:0
Qollar: Cavid İmamverdiyev, 9, Müseyib Vəlizadə, 15, 51, Ramazan Abbasov, 55, Elariz Xəlilli, 68