Futbol üzrə Azərbaycan II Liqasında XV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, "Dinamo" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 19-a yüksəldən "Dinamo" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 6 xalı olan "Şəmkir" isə sonuncu yerdədir.
"Dinamo" - "Şəmkir" 3:2
Qollar: Fizluli Dəmirov, 44, İntiqam Məmmədov, 56, Valeh Seyidov, 67 - İlkin Əliyev, 7, Taleh Nəbiyev, 63