"Kür-Araz"dan "Kürmük Qax"a 4 qol - VİDEO

20:17 - 11 Mart 2024

Futbol üzrə Azərbaycan I Liqasında XVI tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Kürmük Qax" öz meydanında "Kür-Araz"ı qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 25-ə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Kürmük Qax" isə 12-ci yerdədir.

"Kürmük Qax" - "Kür-Araz" 1:4
Qollar:
 Revazi Otaraşvili, 61 - Elariz Xəlilli, 21, Elxan Məmmədov, 39, 69, Elnur Məmmədov, 90+2
Qırmızı vərəqə: Ramin Hacıyev, 42 ("Kürmük Qax")

Xəbər xətti