Futbol üzrə Azərbaycan I Liqasında XVI tura start verilib.
Sportal.az xəbər verir ki, bu gün "Göygöl" öz meydanında "Qusar"ı qəbul edib. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.
Xallarını 30-a yüksəldən "Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Göygöl" isə 6-cı yerdədir.
"Göygöl" - "Qusar" 3:3
Qollar: Elcan Rəhimov, 62, Ülvi Cəlilov, 78 (pen), Ziyabil Məmmədov, 90+3 - Orxan Qurbanlı, 21, 49, Sərxan Ağayev, 64
Qırmızı vərəqə: Ülvi Cəlilov, 81 - Mirmehdi Rzayev, 77, Viqar Əlibabayev, 90+3