AFFA-nın təşkilatçılığı ilə idman jurnalistlərinin “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasına media turu təşkil olunub.
Sportal.az xəbər verir ki, tur çərçivəsində Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirən media nümayəndələri burada yaradılan şəraitlə tanış olublar. AFFA-nın İnfrastruktur Departamentinin rəhbəri Fuad Cəfərov Məşq Mərkəzi və Futbol Akademiyası haqqında məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyası bütün zəruri avadanlıqlarla təhciz olunub. Məşq Mərkəzinin ərazisində AFFA tərəfindən 2 təbii və bir süni örtüklü meydança salınıb.
AKADEMİYA
Akademiya otaqları: 8 otaq - 52 nəfərlik
Əsas komanda üçün otaqlar: 16 otaq - 44 nəfərlik
1 restoran, 1 mətbəx
Fitnes, sauna, 4 paltardəyişmə otağı
Tibb otaqları
İclas otağı
Kəpəz PFK əməkdaşları üçün ofis
İnzibati heyət üçün otaqlar
İstirahət otağı
Camaşırxana
Texniki və xidməti otaqlar
saytlarin hazirlanmasi