Elçin Məsiyev Sloveniya - Bosniya və Herseqovina matçına təyinat aldı

19:59 - 19 Mart 2024

Azərbaycanlı hakim Elçin Məsiyev növbəti beynəlxalq təyinat alıb.

Sportal.az xəbər verir ki, FIFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya U-21 – Bosniya və Herseqovina U-21 oyununu idarə edəcək. Matç  martın 22-də, saat 21:00-da baş tutacaq.

22 mart

Sloveniya U-21 – Bosniya və Herseqovina U-21

"Mestni Fazanerija" stadionu. Saat 21:00

Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: İnqilab Məmmədov

Xəbər xətti