"Füzuli" darmadağınla 2-ci pilləyə yüksəldi - VİDEO

21:15 - 19 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Şəfa" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 38-ə yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Şəfa" isə sonuncu yerdədir.

"Şəfa" - "Füzuli" 1:4
Qollar: 
Cavanşir Tahirov, 11 - Fuad Cahangirli, 3, (avtoqol), 45 (avtoqol), Emin Quliyev, 80, Elvin Nəsibov, 84

Xəbər xətti