Tanınmış idman şərhçisi vəfat etdi

20:32 - 19 Mart 2024

Rusiyalı məşhur idman şərhçisi, jurnalist Vasili Utkin dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, o, 52 yaşında ürək tutmasından vəfat edib. Bu barədə insayder İvan Karpov məlumat verib.

Qeyd edək ki, Utkin həm də "Eqrisi" futbol komandasının sahibi olub.

Xəbər xətti