"Azərbaycanla matçda seriyamızı davam etdirmək üçün oyunumuzu yaxşılaşdırmalıyıq"

21:51 - 19 Mart 2024

Ukraynanın U-21 milli komandası Avro-2025-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, rəqibin baş məşqçisi Unay Melqosa yerli federasiyanın rəsmi saytına müsahibə verib.

İspan mütəxəssis millimizlə keçirdikləri ilk oyun haqda danışarkən çətinlik çəkmədiklərini bildirib. O, həmçinin Azərbaycan - İngiltərə matçını izləyəcəyini də deyib:

"Azərbaycanla ilk oyunda çətinlik çəkmədən onlara ən böyük problem yaratmağın yolunu tapdıq. Onların müdafiə olunacağını bilirdik və əks-hücumlara hazır idik. Gəldiyim qənaət budur ki, Azərbaycan millisinə qarşı keyfiyyətli oyun keçirmək və müsbət seriyamızı davam etdirmək üçün oyunumuzu yaxşılaşdırmalıyıq. Təbii ki, Azərbaycan - İngiltərə matçına da baxacağıq, amma canlı yox, videoda".

Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması martın 26-da keçiriləcək. Millimiz bundan 4 gün öncə isə İngiltərəni qəbul edəcək. Hər iki oyun "Azərsun Arena"da baş tutacaq.

Xəbər xətti