"Onun oyun üslubu mənə dördüncü divizion futbolçusunu xatırladır"

12:34 - 1 Aprel 2024

"Mançester Yunayted"in veteran kapitanı Roy Kin Premyer Liqanın 30-cu turunun "Mançester Siti" – “Arsenal” (0:0) matçından sonra Erlinq Haalandı tənqid edib.

Sportal.az xəbər verir ki, “Sky Sport”a danışan irlandiyalı əfsanəvi futbolçu norveçli forvard haqda bunları deyib:

"Onun oyunu daha çoxunu arzulamağa səbəb olur. Erlinq dünyada ən çox qol vuran olsa da, ümumilikdə onun performansı təsirsizdir. Onun oyun üslubu mənə dördüncü divizion oyunçusunu xatırladır".

Qeyd edək ki, Haaland bu mövsüm meydana çıxdığı 24 görüşdə 18 qol vurub.

Xəbər xətti