AFFA-nın Konfransının gündəliyi açıqlandı

15:50 - 1 Aprel 2024

Aprelin 2-də “Bulvar Marriott Hotel”də AFFA-nın növbəti Konfransı keçiriləcək.

Sportal.az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 

1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi 
2. Konfransın tərkibinin yoxlanılması 
3. AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi 
4. Maliyyə Hesabatları 
5. Müstəqil auditorun hesabatı 
6. AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi

Xəbər xətti