Türkiyə klubları "İnter"in futbolçusu ilə maraqlanır

20:52 - 1 Aprel 2024

"İnter"in futbolçusu Xuan Kuadrado karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor" kolumbiyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Calcio Mercato" nəşri məlumat yayıb.

Türkiyə klubları mövsümün sonunda "İnter"lə müqaviləsi başa çatan Kuadradonu azad agent statusu ilə heyətinə qatmağa çalışır. Təcrübəli oyunçu ilə ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Qeyd edək ki, Xuan Kuadrado mövsümün əvvəlində "İnter"ə keçmişdi. Kolumbiya millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti