"Şəki Siti" - "Şəmkir" matçında 1 qol, 1 qırmızı vərəqə - VİDEO

22:26 - 1 Aprel 2024

Azərbaycan II Liqasında XIX turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" doğma meydanda "Şəmkir"i qəbul edib. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 31-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 10 xalı olan "Şəmkir" isə 12-ci yerdədir.

"Şəki Siti" - "Şəmkir" 1:0
Qollar:
 Tural Məmmədzadə, 55
Qırmızı vərəqə: Novruz Rəhimov ("Şəmkir")

Xəbər xətti