"Napoli" baş məşqçi postuna onu gətirir

15:34 - 2 Aprel 2024

"Napoli"nin prezidenti Aurelio De Laurentis Antonio Konteyə illik 8 milyon avro maaşla müqavilə təklif edib.

Sportal.az "Goal"a istinadən xəbər verir ki, Neapol klubunun rəhbərliyi italiyalı məşqçini razı salmaq üçün bu qədər məbləğ nəzərdə tutub.

De Laurentis Kontenin "Napoli"ni İtaliya çempionatında lider mövqeyə qaytarmağa qadir olan mütəxəssis olduğunu düşünür.

Klub rəhbərliyi 54 yaşlı mütəxəssisə “Napoli”nin transfer siyasətini idarə etmək və yeni idman direktoru təyin etmək baxımından geniş səlahiyyətlər verəcək.

Xatırladaq ki, Kontenin son iş yeri 2021-ci ilin noyabrından 2023-cü ilin martına kimi "Tottenhem" olub. Bu mövsüm A Seriyasında keçirdiyi 30 oyundan sonra "Napoli"nin 45 xalı var və səkkizinci yerdədir.

Xəbər xətti