"NTD-İndiqo"dan "Neftçi" üzərində kritik qələbə

16:55 - 7 Aprel 2024

Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 16-cı turunun sonuncu oyunu baş tutub.

Sportal.az xəbər verir ki, pley-off zonasında qərarlaşmış "NTD-İndiqo" və "Neftçi" klubları arasında baş tutmuş oyun, Xaçmaz təmsilçisinin 94-85 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "NTD-İNDİQO" (Qriffin Remmi - 25 xal, 10 asist), "Neftçi" (Alfonso Villis - 24 xal, 11 ribaund)

Xəbər xətti