Dünya çempionatı Azərbaycanda keçiriləcək

17:13 - 21 May 2024

2025-ci ildə minifutbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Sportal.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının müraciəti müsbət cavablandırılıb. Hazırda "Bakı-2025"lə bağlı tədbir keçirilir.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Dünya Minifutbol Federiyasını prezidenti Filip Juda və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov iştirak edir.

Dünya çempionatının oyunları Milli Gimnastika Arenasında təşkil olunacaq.

Xəbər xətti