UEFA "Qarabağ"ın oyununu ən yaxşılar sırasına daxil etdi

13:17 - 24 May 2024

UEFA-nın rəsmi saytı başa çatan Avropa Liqasında 2023/2024 mövsümünün yekunları haqda yazı dərc edib. 

Sportal.az xəbər verir ki, mövsümün ən möhtəşəm 9 matçını diqqətə çatdırıb.

Siyahıya 1/8 final mərhələsinin Leverkuzendə “Bayer” və “Qarabağ” klubları arasında keçirilmiş cavab oyunu da (3:2) daxil edilib:

"Xabi Alonsonun komandası ilk oyunda sona 20 dəqiqə qalmış iki qol vuraraq 2:2 hesablı heç-heçə etdi. Leverkuzendəki görüşdə isə Abdellah Zubir və Juninyonun qollarından sonra "Bayer" Elvin Cəfərquliyevin meydandan qovulmasından sonra daha da əlamətdar dönüş etdi. Frimponqun 72-ci dəqiqədə vurduğu zərbə tribunaları coşdurdu. "Bayer" Patrik Şikin 90+3 və 90+8-ci dəqiqələrdə iki dəfə qol vuraraq komandasını növbəti mərhələyə çıxardı. "Bayer" - "Qarabağ" görüşünü bu mövsüm Avropa Liqasının ən diqqətçəkən oyunları siyahısına daxil etmək mümkündür".

Qeyd edək ki, "Bayer" finalda "Atalanta"ya 0:3 hesabı ilə uduzub.

Xəbər xətti