Kilian Mbappe yeni komandası haqda: "Yaxın vaxtlar elan edəcəm"

17:47 - 26 May 2024

PSJ-nin hücumçusu Kilian Mbappe parislilərin "Lion"u məğlub etdikləri (2:1) Fransa kubokunun final oyunundan sonra yeni klubunu nə vaxt rəsmən açıqlayacağını deyib. 

Sportal.az xəbər verir ki, "L’equipe" nəşrinə danışan Kilian yaxın günlərdə yeni iş yerinin bəlli olacağını bildirib:

"Yaxın vaxtlarda yeni klubumu elan edəcəm. Elana sayılı günlər qalıb. Sadəcə gözləyin".

Qeyd edək ki, bu, Mbappenin Fransa klubu üçün son oyunu olub. 2024-cü ilin yayında 25 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi başa çatır və o, azad agent kimi böyük ehtimalla "Real"a (Madrid) keçəcək. 

Xəbər xətti