"Əl-Nəsr" "Liverpul"un müdafiəçisini istəyir

22:23 - 14 İyun 2024

Niderland millisinin kapitanı Vircil Van Deyk Səudiyyə Ərəbistanı klubundan təklif alıb. 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, təcrübəli müdafiəçini "Əl-Nəsr" təklif göndərib. 

Artıq ərəblər "Liverpul" rəsmiləri ilə görüşüb və transferi müzakirə edib. 

Əlavə edək ki, Kriştiano Ronaldonun formasını geyindiyi klub "Yuventus" və Polşa millisinin qolkiperi Voytsex Şensnını da heyətinə qatmağı planlaşdırır. 

Xəbər xətti