Qaret Sautqeyt: "İsveçrə həqiqətən çox yaxşı komandadır"

23:57 - 6 İyul 2024

İngiltərə yığma komandası AVRO-2024-də yarımfinala adlayıb. Onlar 1/4 final mərhələsində İsveçrəni 1:1 (pen. 5:3) məğlub ediblər.

Sportal.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt oyunsonrası mətbuat konfransında komandasının oyununu yüksək qiymətləndirib:

"Mən belə düşünürəm ki, futbolçularım bu gün möhtəşəm idi. Xüsusən topa sahib olmada rəqibə çoxlu problemlər yaşatdıq. İsveçrə həqiqətən çox yaxşı komandadır. Onlara təzyiq göstərmək çətindir, onlara qarşı müdafiə olunmaq da həmçinin. Meydanda çox yaxşı hərəkət edirlər.

Turnirdə qalib olmaq üçün yalnız yaxşı oynamaq kifayət etmir. Gərək əzmkarlıq da nümayiş etdirəsən".

Qeyd edək ki, İngiltərə yarımfinalda Niderland - Türkiyə matçının qalibi ilə qarşılaşacaq. 

Xəbər xətti