Millimiz Qazaxıstana məğlub oldu

20:20 - 4 Oktyabr 2024

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində üçüncü – sonuncu oyununu keçirib.

Sportal.az xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Görüş Qazaxıstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz turnir çərçivəsində daha əvvəl Belarus (1:2) və Rusiya (1:3) yığmaları ilə qarşılaşıb.

Xəbər xətti