İnqilab Məmmədova yeni beynəlxalq təyinat

14:28 - 2 Oktyabr 2024

FIFA referisi İnqilab Məmmədov çimərlik futbolu üzrə dünya çempionatına təyinat alıb.

Sportal.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, yarışın Avropa zonası üzrə seçmə mərhələsində idarəçilik edəcək.

Seçmə mərhələnin oyunları oktyabrın 4-13-ü aralığında İspaniyanın Kadis şəhərində keçiriləcək.

Xəbər xətti