"Barselona" qapıçı transfer etdi - RƏSMİ

17:16 - 2 Oktyabr 2024

İspaniyanın "Barselona" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Yuventus"dan ayrıldıqdan sonra karyerasını bitirdiyini açıqlayan Voyçex Şesnıyi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşalı qolkiperlə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Barselona"nın əsas qapıçısı Mark Andre ter Ştegen zədə səbəbindən mövsümün sonuna kimi oynamayacaq.

Xəbər xətti