"Qarabağ"a qol vuran forvard: "Fantastik oyun oynadıq"

21:46 - 4 Oktyabr 2024

İsveçin “Malmö” klubunun hücumçusu Erik Botheim Avropa Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda “Qarabağ” üzərində qazandıqları qələbəni (2:1) şərh edib.

Sportal.az xəbər verir ki, “Expressen”ə açıqlama verən norveçli futbolçu məsələ haqda danışıb:

“Son matçdan çox şey öyrəndik. Çox yer buraxmamaq və daha çox nəzarətə sahib olmaq vacib idi. Komanda kimi fantastik oyun oynadıq. Taktiki sarıdan əla idik. Topu daha çox saxlamaq lazım idi ki, bunu bacardıq. Son oyunlarda yenidən formamı bərpa etdim. Qol vurmaq gözəldir. Amma komandanın əməyini qeyd etməyi üstün tuturam. Biz oyun planına çox aydın şəkildə əməl etdik və bu, öz bəhrəsini verdi”.

Qeyd edək ki, Botheim “Qarabağ”la görüşdə komandasının hər iki qolunu vurub.

Xəbər xətti