"Liverpul"un ulduzu PSJ-yə keçə bilər

18:15 - 4 Oktyabr 2024

Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Məhəmməd Salah karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ misirli ulduzu heyətinə qatmaq niyyətindədir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Paris klubu 32 yaşlı vingerə 3 illik müqavilə təklif edib. PSJ-nin Salahı rənglərinə bağlamaq şansı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 9 rəsmi oyunda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti