"Barselona" və "Yuventus" Argentina millisinin üzvünü transfer etmək istəyir

16:13 - 4 Oktyabr 2024

"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, "Barselona" və "Yuventus" argentinalı vingeri transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi 20 yaşlı oyunçunu satmağın əleyhinə deyil. Klub gənc futbolçunu 50 milyon funt-sterlinqə satmağa hazırdır.

Qeyd edək ki, "Mançester Yunayted" Alexandro Qarnaçonu 2020-ci ilin oktyabr ayında "Atletiko"nun akademiyasından transfer edib. Argentina millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti