"Malmö"nün müdafiəçisi: "Uduzmaq niyyətimiz yoxdur"

18:44 - 2 Oktyabr 2024

"Malmö"nün futbolçusu Yens Striger Larsen Avropa Liqasının "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az danimarkalı sağ cinah müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

- Biz uzun yoldan gəlmişik. "Qarabağ"la sabahlı oyun çətin olacaq. Komandamızda müsbət atmosfer var. Amma buna baxmayaraq, uduzmaq niyyətimiz yoxdur.

- Rəqib haqda nə bilirsiz?

- Müəyyən məlumatlarımız var. Bilirik ki, "Qarabağ" güclü komandadır, Avropada təcrübələri var. Bura əminliklə gəlmişik. "Reyncers"lə oyundakı səhvləri etmək niyyətində deyilik və sabahkı matçda qələbə qazanmaq istəyirik.

Mirbağırağa

Xəbər xətti