Ançelotti: "Çox pis imic yaratdıq"

10:34 - 4 Oktyabr 2024

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunun "Lill"lə oyununda gözlənilməz məğlubiyyətini (0:1) şərh edib. 

Sportal.az "UEFA"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis görüş haqda bunları deyib:

"Bu oyunu təhlil etmək çətindir. Hər aspektdə pis idik. Biz qol epizodları yarada bilmədik, topa sahib olmaqda ləng idik. Heç bir fikrimiz də yox idi. Ləng olanda, bu, işinizə yaramır. Çox pis imic yaratdıq, kədərliyik. Amma bu cür oynamamalıyıq, daha yaxşı olmaq məcburiyyətindəyik".
 

Xəbər xətti