"Qalatasaray"da Osimhen şoku: 1 ay oynamayacaq

16:53 - 4 Oktyabr 2024

"Qalatasaray"ın zədəli futbolçusu Viktor Osimhenin durumu bəlli olub.

Sportal.az xəbər verir ki, Super Liqanın 7-ci turunun "Kasımpaşa" ilə matçında (3:3) əzələsindən zədə alan nigeriyalı forvardın durumu ciddidir. 25 yaşlı hücumçu bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni "Napoli"dən icarəyə götürüb. Nigeriya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti