"Karvan"dan ardıcıl 4-cü qələbə - VİDEO

14:14 - 4 Oktyabr 2024

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, çempionatın lideri olan "Karvan" səfərdə "Difai"nin qonağı olub. Qarşılaşma Yevlax təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Karvan" liderliyini davam etdirir. 1 xalı olan "Difai" isə 9-cu yerdədir.

"Difai" - "Karvan" 1:4

Qollar: X.Məmmədli, 48 - E.Qasımov, 17, 61, R.Hüseynov, 81, B.Teymurov, 83

Xəbər xətti