"Barselona"nın futbolçusu La Liqada ən yaxşı seçildi

12:55 - 5 Oktyabr 2024

İspaniya La Liqasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Barselona"nın futbolçusu Lamin Yamal layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

17 yaşlı vinger səsvermədə Kilian Mbappe ("Real"), İnyaki Uilyams ("Atletik"), Covani Lo Selso ("Betis") və Karlos Visenteni ("Alaves") qabaqlayıb.

Qeyd edək ki, Lamin Yamal sentyabr ayında "Barselona"nın heyətində ölkə çempionatında meydana çıxdığı 4 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.


Xəbər xətti