Avro-2024: Niderland yarımfinalda, Türkiyə mübarizəni dayandırdı

00:57 - 7 İyul 2024

Avro-2024-də 1/4 final mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyunda Niderland və Türkiyə milli komandaları üz-üzə gəlib. Qarşılaşma Ronald Kumanın yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə yığması turnirdə mübarizəni dayandırıb. Niderland isə yarımfinalda İngiltərə seçməsi ilə qarşılaşacaq.

Xəbər xətti