"Yuventus"dan "Roma"ya

12:23 - 7 İyul 2024

"Yuventus"un yarımmüdafiəçisi Federiko Kyeza karyerasını "Roma"da davam etdirməyə yaxındır. 

Sportal.az "Tuttosport"a istinadən verir ki, "canavarlar" İtaliya millisinin üzvünə görə "Yuventus"a rəsmi təklif də göndərib.

O, paytaxt klubunda illik 5,5 milyon avro maaş qazana bilər. 

Turin klubunun yeni baş məşqçisi Tyaqo Motta Kyezanın xidmətində maraqlı deyil. 

26 yaşlı futbolçu ötən mövsüm 37 matçda iştirak edib, 10 qol vurub və 3 asist edib. 

Xəbər xətti