"Liverpul" səfərdən 3 xalla qayıdır - VİDEO

20:20 - 5 Oktyabr 2024

İngiltərə Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün lider "Liverpul" səfərdə "Kristal Pelas"ın qonağı olub. Qarşılaşma Arne Slotun yetirmələrinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəldən "Liverpul" liderliyini davam etdirir. 3 xalı olan "Kristal Pelas" isə 18-ci yerdədir.

"Kristal Pelas" - "Liverpul" 0:1
Qol: Dioqo Jota, 9

Xəbər xətti