Azərbaycan yığmasının sabiq qapıçısı Rusiya klubunda

15:43 - 7 İyul 2024

Vaxtı ilə Azərbaycan millisinin qapısını qorumuş Aleksandr Jidkov Rusiyada işləyəcək.

Sportal.az saytına verilən məlumata görə, son olaraq “İrəvan”da çalışmış, lakin maaşını ala bilmədiyi üçün Azərbaycanı tərk etmiş təcrübəli mütəxəssisə “Tver”dən təklif gəlib. O, həmin təkliflər razılaşıb və Tverə yollanıb.

59 yaşlı məşqçi ikinci liqada mübarizə aparan komandada qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək.

Xəbər xətti