"Qarabağ"ın Avstriyada keçirəcəyi oyunların vaxtı məlum oldu

15:32 - 8 İyul 2024

"Qarabağ"ın Avstriya toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının vaxtı məlum olub.

Sportal.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən matçların tarixini və başlama saatını diqqətinizə çatdırır:

I oyun

"Kayzerslautern" - "Qarabağ"
14:30 (Bakı vaxtı ilə)
9 iyul
Velli Arena İmst

II oyun

"Viktoriya Plzen" - "Qarabağ"
20:00 (Bakı vaxtı ilə)
9 iyul
Vestendorf

Xəbər xətti