Azərbaycan klubu Çempionlar Liqasının qalibi oldu

19:51 - 8 Sentyabr 2024

Minifutbol üzrə Çempionlar Liqasının qalibi bəlli olub.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Birbaşa Bakı” kuboka sahib çıxıb.

Belə ki, “Birbaşa Bakı” finalda “Brno”nu 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Dan Mariuş-Mitunun rəhbərlik etdiyi kollektiv turnir ərzində heç bir oyunda məğlub olmayıb.

Xəbər xətti