PSJ-nin baş məşqçi postunda dəyişiklik olmayacaq.
Sportal.az "AS"a istinadən xəbər verir ki, Fransa nəhəngi Luis Enrike ilə danışıqlara start verib.
Paris təmsilçisinin rəhbərliyi hesab edir ki, ispaniyalı mütəxəssis layihənin əsas hissəsidir. Ona görə də, ona uzunmüddətli müqavilə təklif edilib.
Hazırkı müqavilə 2025-ci il iyunun 30-na qədərdir. 54 yaşlı məşqçi 2023-cü il iyulun 5-də PSJ-yə keçmişdi. Buna qədər isə o, “Roma”, “Selta”, “Barselona” və İspaniya millisini çalışdırmışdı.
saytlarin hazirlanmasi