"Sabah" Litvada çempiona uduzdu

16:49 - 10 Sentyabr 2024

Avqustun 20-dən Litvada təlim-məşq toplanışında olan "Sabah" Basketbol Klubu bu gün hazırlıq çərçivəsində son yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi Vilnüsdə son Litva çempionu "Ritas" klubu ilə qarşılaşıb. Oyun rəqibin 87:84 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, daha əvvəl Litvanın "Yonava" (68:97) və "Jalgiris" (62:94) klublarına uduzan "Sabah" Almaniya təmsilçisi "Rostock Seawolves"ə (72:71), Litvanın "Majeykyay" (76:57) və "Neptunas" (82:71) komandalarına qalib gəlib.

Xəbər xətti