"Real" kapitanla bağlı qərar verdi

11:17 - 16 Sentyabr 2024

"Real" rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatan Dani Karvahalla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi kapitanın komandada qalmasını istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Klubdan 32 yaşlı sağ cinah müdafiəçisinə onun sözləşməsini 1 il uzatmaq istədikləri barədə məlumat verilib. Təcrübəli oyunçu özü də "kral klubu"nda qalmaq istəyir. Yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, Dani Karvahal "Real"ın yetirməsidir. İspaniya millisinin üzvü 2013-cü ildən La liqa təmsilçisinin əsas komandasında çıxış edir. O, paytaxt klubunun heyətində keçirdiyi 422 rəsmi matçda 13 qol və 64 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti