Ayxan Quseynova yerli pasport verilsə... - Santuş bu futbolçuya həssas yanaşmalıdır

18:52 - 16 Sentyabr 2024

"Sabah"la dünənki oyunda məcburi əvəzetmədən sonra meydana daxil olan Ayxan Quseynov matçın qəhrəmanlarından oldu. "Turan Tovuz"un 25 yaşlı futbolçusu əvvəlcə məhsuldar ötürmə etdi, ikinci hissədə qol vurdu. 

Ayxan Quseynov əslən azərbaycanlı olsa da, Rusiya pasportu daşıyır. Bu da onun legioner kimi oynamağını şərtləndirir. Kurban Berdıyev açıqlamalarından birində deyib ki, Ayxan yerli statusu ilə oynasaydı, daha çox şans alardı onun tərəfindən. 

Dünən "Sabah" - "Turan Tovuz" (2:2) matçını izləyənlər arasında milli komandanın baş məşqçisi Fernando Santuş da var idi. Bildiyimizə görə, milliyə namizəd sayılan hər bir futbolçu barədə məlumat toplayır. 

Ayxan Quseynov potensiallı oyunçudur. Lakin Aleks Souza və digər səviyyəli legionerlərlə rəqabətdə heyətdə möhkəmlənə bilmir. Santuş bu məsələdə mövqeyini ortaya qoymalı, bu futbolçunun daha çox oynaması üçün dəstək verməlidir. Təbii ki, o da Quseynovda potensial görürsə...

Xəbər xətti