Ronaldonun baş məşqçisi istefaya göndərildi - RƏSMİ

18:47 - 17 Sentyabr 2024

Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr" baş məşqçi Luis Kastro ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbust xidməti məlumat yayıb.

63 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Luis Kastro ötən ilin iyul ayında "Əl-Nəsr"in baş məşqçisi təyin olunmuşdu.

Xəbər xətti