Kloze: "Mahir Emreli ən azı yarım saat oynaya biləcək"

14:43 - 18 Sentyabr 2024

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın hücumçusu Mahir Emreli haqda danışıb.

Sportal.az xəbər verir ki, alman mütəxəssis azərbaycanlı forvardın oynamağa hazır olduğunu bildirib. Kloze Emreliyə VI turun "Herta" ilə matçında şans verə biləcəyini deyib:

“Mahirin bu matçda start heyətində yer alıb-almayacağını hələ bilmirəm. Bu, onun üçün hələ tez ola bilər. Amma əminəm ki, Emreli ən azı yarım saat oynaya biləcək”.

Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı forvard zədəli olduğu üçün II Bundesliqa təmsilçisinin heyətində debüt edə bilməyib.

Xəbər xətti