"Qarabağ" - "Malmö" matçının hakimləri açıqlandı

12:11 - 1 Oktyabr 2024

Avropa Liqası Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Malmö" matçının hakimləri açıqlanıb.

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Anastasios Papapetru olacaq. Ona həmyerliləri olan laynsmanlar Trifon Petropulos və İordanis Aptosoqlu kömək edəcək. Dördüncü hakim funksiyasını Aleksndros Tsakalidis yerinə yetirəcək.

Matçın VAR hakimləri də yunanlardır. VAR Angelos Evangelu, AVAR isə Athanasios Tzilos olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Malmö" qarşılaşması 3 oktyabr tarixində saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti