Samir Abasov: "Problem sırf hücumçularımızdadır"

23:06 - 6 Oktyabr 2024

"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Bir xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışırdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Bəxtin gətirməlidir ki, belə qol buraxmayasan. Rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Düzdür, oyuna nəzarət edən tərəf "Qarabağ" idi. Bugünkü mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 9-cu turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfrasında deyib. O, jurnalistlərin suallarını da dəyərləndirib.

- Qol epizodları olsa da, reallaşdıra bilmirsiniz...

Həmin problemləri yaşayırıq. Daha real danışsaq, hücumçulardan istədiklərimizi ala bilmirik. Problem sırf hücumçularımızdadır. Baş məşqçinin işi nədir? Həmin problemləri görüb, komandanın epizodlar yaratması üçün bunun üzərində işləsin. O yöndə işləyəcəyik. Hansısa futbolçunun yerinə gedib hücumda dayanıb, vurası deyilik. Hücumçuları dəyişib, başqa oyunçuları orada oynada bilərsən. Hər iki hücumçumuzda problem var. Hücumlarımızı daha da çoxaltmalıyıq. O qədər epizod yaratmalıyıq ki, birini vuraq. Bu yöndə işləyəcəyik. Məncə, hücum yaratmaqda problemimiz yoxdur. Sadəcə sonluğu gətirə bilmirik. Firkimizi başqa futbolçulara yönəldəcəyik.

- Yeni transferlərin tam uyğunlaşdığını düşünürsünüz?

Hər oyunda dəyişikliklərə əl atırıq. Keçən il də eyni proses yaşayırdıq. Axtarışdaydıq. Futbolçulara vaxt lazım olduğu bəllidir. Komandanın pis oynadığını deməzdim. Ötən turda da gördük ki, yaxşı oynamağa başlamışıq. Mübarizə etməməyimiz bizə olan əsas iradlar idi. Bəzi oyunçularla yaşanan problemlər də var, o da uyğunlaşma, qol vurma gözləntisi və s. Çalışacağıq ki, bunu aradan götürək.

- Rəhim Sadıxovun oynamamasının səbəbi nədir?

Cəzadan danışmayaq. Bu heyətin üzərində işləyirik. Fasilədə uşaqları optimal formaya gətirməyə çalışacağıq. Yeni gələn gürcü futbolçumuz optimal formaya gəldikdə, bizı çox kömək edəcək. Yaxşı, keyfiyyətli oyunçudur. Burada cəzadan söhbət getmir. Bu gün bizə xeyir verən futbolçularla oynamaq daha məqsədəuyğundur. 

- “Neftçi” Roman Qriqorçuku postundan göndərmək istəyir. Təklif olarsa, ora qayıdarsınız?

Bu haqda ümumiyyətlə danışmaq istəmirəm.

Mirbağırağa

Xəbər xətti