Fransa millisinin sabiq üzvü Yunanıstan klubundan ayrıldı

20:00 - 7 Oktyabr 2024

Fransa millisinin və “Çelsi”nin veteran futbolçusu Klod Makelele Yunanıstanın “Asteras” klubunun baş məşqçi postunu tərk edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər əməkdaşlığı dayandırmaq qərarına gəlib.

O, sentyabrın ortalarında Yunanıstan klubunun baş məşqçi postuna təyin edilmişdi.

“Asteras” Makalelenin rəhbərliyi altında cəmi üç matçda bir qələbə qazanıb, iki dəfə heç-heçə etməsinə baxmayaraq, tərəflərin dünya görüşünün fərqli olmasına görə ayrılıq baş tutub.

51 yaşlı mütəxəssis daha öncə `"Bastiya", PSJ, "Suonsi", "Eupen" klublarında işləyib.

Xəbər xətti