Fransanın “Lion” klubu “Qarabağ”la Avropa Liqasının əsas mərhələsinin 5-ci turunun Bakıda keçirəcəyi görüşlə əlaqədar Liqa 1-in 13-cü turunun “Nitsa” ilə oyununun təxirə salınmasına nail olmağa çalışıb.
Sportal.az “Le Progres”ə istinadən xəbər verir ki, “Lion”u Bakı istiqamətinə yeddi saatlıq uçuş gözləyir.
Paytaxtımızdan təxminən 4600 km məsafə qət etməli olacaq fransızlar “Nitsa” ilə görüşə isə (1 dekabr) “Qarabağ”la oyundan 48 saat sonra çıxacaq. Məhz bunu nəzərə alan klub rəhbərliyi görüşün təxirə salınma ilə bağlı Fransa Peşəkar Futbol Liqasına müraciət edib. Lakin “Lion”un bu tələbi rədd edilib.
Qeyd edək ki, "Qarabağ" - "Lion" matçı noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi