Azərbaycan milli komandasının sabiq üzvü, “Terek”də kapitan kimi Rusiya kubokunun qalibi olmuş Deni Qaysumov Sportal.az saytına açıqlama verib.
ÇSKA və "Spartak"(Moskva) klublarında da oynamış, hazırda Rusiyada məşqçi kimi fəaliyyət göstərən Qaysumov “Sabah”ın baş məşqçi postuna Vasili Berezutskini təyin etməsinə şərh verib:
"Vasili çox böyük futbol məktəbi keçib. O, həm millinin aparıcı üzvü olub, həm də uzun illər avrokuboklarda oynayıb. Böyük təcrübəsi var. Bir çox klubda köməkçi məşqçi kimi işləyib. “Sabah” rəhbərliyi Berezutskini dəvət etməklə doğru addım atıb. Təcrübəli məşqçilər də var. Ancaq onlar çox tez-tez klub dəyişirlər. Hər halda, Vasili heyətdə də dəyişiklik etmək istəyəcək. Vasiliyə və “Sabah”a uğurlar arzulayıram”.
Qeyd edək ki, “Sabah” Vasili Berezutski ilə 2,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi