"Qarabağ"ın "Lion"a qalib gəlmək üçün çox yaxşı şansı var" - MÜSAHİBƏ

11:48 - 28 Noyabr 2024

"Qarabağ"ın veteran futbolçusu Artim Şakiri Sportal.az saytına müsahibə verib. Şimali Makedoniya futbolunun əfsanəsi sayılan Şakiri bu gün Avropa Liqasının 5-ci turu çərçivəsində "Lion"a qarşı keçiriləcək görüşdə Ağdam klubunun şanslarını yüksək qiymətləndirib.

- “Qarabağ” bu gün “Lion”la qarşılaşacaq. Bu görüşdə Azərbaycan çempionunun şanslarını necə qiymətləndirirsən?

Düşünürəm ki, "Qarabağ"ın bu gün “Lion”a qalib gəlmək üçün çox yaxşı şansı var. Amma təbii ki, bunu meydana çıxacaq oyunçular reallaşdırmalıdır. Oyun çox çətin və ağır olacaq. Çünki “Lion” özü də çox güclü komandadır. Lakin mən “Qarabağ”a çox güvənirəm.

- “Qarabağ” bundan əvvəlki turda “Bodo-Qlimt”ə qalib gəlmişdi. Yəqin ki, bu qələbə “Qarabağ”a böyük motivasiya verib?

“Qarabağ” Premyer Liqada da uğurlu çıxış edir. Avrokuboklarda da qələbə qazandılar. Fikrimcə, onlarda motivasiya sarıdan heç bir problem yoxdur. “Qarabağ” Azərbaycan Premyer Liqasında çox uğurlu çıxış edir. Bunun da nəticəsində illərdir ki, çempion olurlar.  

- “Qarabağ”ın əsas oyunçuları Marko Veşoviç zədəsini tam sağaldıb, ötən turda vərəqə cəzalısı olan Julio Romao da oynaya biləcək. Ümumiyyətlə, Veşoviçin yoxluğu əvvəlki avrokubok oyunlarına nə dərəcədə təsir etdi?

- Həmişə və hər bir klub komandaya kömək etmək üçün istənilən vaxt istənilən mövqeni əvəz etmək üçün 25-dən çox oyunçu alır. “Qarabağ”da da oyunçu sayı az deyil. Doğrudur, aparıcı oyunçular çoxdur. Amma komandada rotasiya üçün futbolçular da var. Onlar da meydana çıxanda digərlərini əvəzləyə bilir.

- Azərbaycan çempionu pley-off qrupundan ən azı bir xal qalıb. Onların bu nəticəyə nail olacağına inanırsan?

Ola bilər ki, komanda hazırda 29-cu pillədədir. Amma mən “Qarabağ”ın pley-offa çıxacağına inanıram. Çünki onların buna gücü çatar. Sadəcə ilk turlarda şanssızlıq nəticəsində komanda xalsız qalmışdı. Bundan sonrakı görüşlərdə də “Qarabağ”ın uğurlu nəticələr qazanacağına inanıram.

- “Qarabağ” yeni formatlı Avropa Liqasına uyğunlaşmaqda çətinlik çəkdi, yoxsa bu daha uğurludur?

- Təkcə "Qarabağ" üçün yox, bütün komandalar yeni formata uyğunlaşmaqda çox çətinlik çəkirlər. Hər halda, bu da anlaşılandır. Çünki illərdən sonra yeni formata keçdilər. İstənilən halda, ümidvaram ki, hər şey yaxşı olacaq. “Qarabağ”ın da xallar toplayaraq uğurlu çıxışa keçəcəyinə inanıram.

Mirbağırağa
 

Xəbər xətti