Bosniya və Herseqovinanın "Yedinstvo Bihac" klubunun üzvü Elməddin Məmmədov artıq vətənə qayıdıb. Sportal.az xəbər verir ki, bu ölkədə birinci liqada fasilə yaranıb. Birinci dövrənin oyunları başa çatdığından Məmmədov da Bihac klubunun düşərgəsini tərk edib.
İlk 5 turda işçi vizasına görə oynaya bilməyən Məmmədov son 8 turda meydana çıxıb və üç oyunda qol buraxmayıb. Onun "Yedinstvo Bihac"la müqaviləsi yanvarın 1-də başa çatır. Qolkiperin bu komandaya qayıdıb-qayıtmayacağı hələ ki, bəlli deyil. Amma Bosniya və Herseqovina klubu onunla müqavilə müddətini artırmağı planlaşdırır.
Bosniya və Herseqovinanın yüksək liqasında yarışan "Velez Mostar" klubu da Elməddini transfer etmək istəyir. 29 yaşlı qapıçının karyerasına hansı klubda davam edəcəyi yanvardan sonra bəlli olacaq.
saytlarin hazirlanmasi